Şənbə, 18 May

Gəncədə ana və azyaşlı qızı qazdan zəhərlənib

image

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Xəbər verilir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ələsgərova Pərvanə Altay qızı və onun qızı, 2012-ci il təvəllüdlü Ələsgərova Altunay zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, ana və qızı yaşadığı evin qonaq otağında dəm qazından zəhərləniblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41