Şənbə, 18 May

Bakıda qaynının qəbir daşına təhqiramiz ifadələr yazan qadın həbs edilib

image

Bakıda qaynının qəbir daşı üzərində təhqiredici ifadələr yazan qadın həbs edilib.

Məlumata görə, Suraxanı rayon sakini K. Ə qaynı arvadı ilə dalaşdıqdan sonra Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana Kombinatının yaxınlığında olan qəbiristanlığa gedib. O, qəbiristanlıqda dəfn olunmuş qaynının məzarının üstünə qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız söz və ifadələr olan mətnlər yazıb.

Mərhumun yaxınlarının şikayəti əsasında K.Ə polis tərindən saxlanılıb. Sabunçu rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə K. Ə 1 il 19 gün müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə olduğu müddət cəzasından çıxılaraq barəsində 7 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41