Cümə axşamı, 16 May

COVİD zamanı antibiotik qəbul etmək təhlükəlidir? - Həkim izah edir

image

Pandemiya başlayandan "antibiotiklər koronavirusa təsir etmir" deyilsə də, hələ də müalicə protokollarında antibiotiklər birinci yerdədir.

Xəbər verilir ki, Moskvanın məşhur həkimi Denis Proçenko bu barədə bir daha xəbərdarlıq edib.

"Birdəfəlik bilin ki, virus infeksiyasında antibiotik heç kömək etmir. Virusun elə bir komponenti yoxdur ki, antibiotik ona təsir etsin. Antibiotiklər bakteriyaların quruluşuna uyğun hazırlanıb. Ona görə də kovid zamanı antibiotiklərin təyini təhlükəlidir, lazımsızdır.

COVİD-in müalicəsində əsas səhv xəstələrə evlərdə ya özləri, ya da tanış həkimlər tərəfindən koviddə lazımsız olan dərmanların təyinidir. Bu dərmanlar yüksək toksiki təsir edir, digər orqanları pozur və əsas xəstəliyin müalicəsini çətinləşdirir, COVİD-ə qarşı lazımi dərmanları verəndə orqanizm artıq dözmür".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00