Bazar ertəsi, 29 Aprel

ABŞ hökuməti Trampın siyasətindən əziyyət çəkən miqrantlara 1 milyard dollar ödəyəcək

image

ABŞ prezidenti Co Baydenin administrasiyası əvvəlki dövlət başçısı Donad Tramp dövründə, ölkənin cənub sərhədlərində böyük məhrumiyyətlərə məruz qoyulan miqrantlara təzminat ödəyəcək.

Xəbər verilir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzeitn informasiyasına əsasən, təzminatın ümumi miqdarı 1 milyard dolları aşa bilər.

Bununla əlaqədar Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi xüsusi proqram hazırlayıb. Xəbərdə Donald Trampın iqtidarı illərində federal hakimiyyətin qeyri-qanuni hərəkətlərindən zərər çəkən hər bir ailəyə 450 min dollar pul ödəniləcək. Bununla bağlı artıq 940 miqrant ailə iddia ərizəsi ilə müraciət edib.

“Amerika vətəndaş azadlıqları ittifaqı” adlı hüquq müdafiəsi təşkilatının xəbərinə görə, əvvəlki dövlət başçısının yürütdüyü siyasət nəticəsində 5,5 min uşaq öz valideynlərindən zorla ayrı salınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42