Cümə, 17 May

DİN-dən əşyaları eyvandan küçəyə atan qadınla bağlı açıqlama

image

Sosial şəbəkədə Abşeron Gənclər Şəhərciyində bina evində yaşayan qadının əşyaları həyətə atmasış barədə məlumat yayılıb. İddia olunub ki, qadın ruhi xəstəlikdən əziyyət çəkir.

 DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Feysbuk hesabında məsələ barədə paylaşım edib. 

“Ev əşyalarını eyvandan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

Hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır. Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb.
Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb”, - o bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58