Şənbə, 18 May

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb - YENİLƏNİB

image

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sorğusuna cavab olaraq bildirib ki, “General-Avto-Company” firmasının müvəqqəti istismarında olan 169 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:

“Avtobus piyadanı vurub. Hadisə ötən gün axşam saat 19:30 radələrində qeydə alınıb”.

11:32

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əldə etdiyimiz məlumata görə, hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41