Cümə, 26 Aprel

Saakaşvilinin həbsxanada vəziyyəti ağırlaşdı

image

Gürcü həkimlər 7 gündür həbsxanada yeməkdən imtina edən keçmiş prezident Mixeil Saakaşvilinin sağlamlığından narahatdırlar. 

Xəbər verilir ki, Saakaşvili oktyabrın 1-də saxlanılıb. Elə həmin gündən aclıq aksiyasına başlayıb.O, məktublarından birində sağlamlığının pisləşməsi və ya huşunu itirməsi halında həkimlərin köməyindən imtina etdiyini bildirib. Tiflis klinikasının reanimatoloq və kritik tibb şöbəsinin müdiri Vaxtanq Kaloyiani aclıq aksiyasının keçmiş prezident üçün ciddi sağlamlıq problemləri yarada biləcəyini söyləyib:

“Mənim üçün bir həkim olaraq pasiyentin sağlamlığının vəziyyəti çox önəmlidir. Mümkün olan hər şeyi etməliyik ki, Saakaşvilinin sağlamlığı və həyatı üçün heç bir şey təhdid olmasın". Bu gün vəkillərinə Mixeil Saakaşvili ilə görüşə icazə veriləcək.

Eyni zamanda, həbsxana rəhbərliyi məhbusun digər şəxslərlə görüşməsini qadağan edib Saakaşvilinin vəkilləri məhkəmənin vaxtının ən qısa zamanda təyin olunmasını, habelə müvəkkilin kamerasına televizorun gətirilməsini tələb edir, əks halda, o, "informasiya boşluğunda" qalacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33