Cümə, 26 Aprel

Xarici səfirliklərin Azərbaycandakı yeni planları ifşa oldu – Faktlar

image

Son günlər bəzi media orqanlarında İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə ciddi cəhdlə gündəmə gəlməyə çalışır. Redaksiyamıza adının çəkilməsini istəməyən mənbədən daxil olan məlumata görə, müxtəlif metodlarla və rabitəsiz açıqlamlarla çıxış edən Şəhriyar Məcidzadənin bir neçə ildir gizli şəkildə apardığı siyasi fəaliyyətini aktivləşdirməyə çalışdığı iddia olunur.

"Bu yazı onun gündəmə gəlmək planına töhfə verəcəyini başa düşsək də, bu şəxsin həqiqətdə kim olduğu və nə istədiyi barəsində ictimaiyyətə bəzi faktları təqdim etməkdə fayda var", deyə mənbə qeyd edir.

Dildə “dövlət”, əməldə Avropa məhkəməsi

Mənbənin iddiasına görə, Şəhriyar Məcidzadənin dövlətdən incik düşməsinin başlanğıcı qalmaqalla yadda qalan 2015-ci il parlament seçkiləri zamanı olub. Belə ki, 2015-ci ildə Tərtər seçki dairəsindəki seçkiləri 3-cü sırada tamamlayan İsgəndər Həmidovun qardaşı oğlu ona qarşı haqsızlıq edildiyini bildirib və rayon rəhbərliyinin tapşırığı ilə seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edib. O, Mərkəzi Seçki Komissiyası 95 saylı seçki dairəsi ilə bağlı rəsmi nəticələrini də qəbul etməyərək, 2016-cı ildə Azərbaycanı Avropa məhkəməsinə şikayət edib.

Hər zaman dövlətin tərəfində durduğunu elan edən Şəhriyar Məcidzadə nə üçünsə dövlətin özünü Avropa məhkəməsinə şikayət etməyə qərar verib. Bu sahədə təcrübəsi olmadığı üçün cəmiyyətdə yaxşı tanınan müxalif vəkillərdən biri ilə də anlaşıb. Lakin bir müddət sonra naməlum səbəbdən Şəhriyar Məcidzadə şikayətini geri götürmək qərarına gəlir. Buna hər hansı təsirinmi, yoxsa dövlət sevgisininmi səbəb olduğunu təəssüf ki, məlum deyil. 

https://azadsoz.com/M0/1/2021/10/images/20211006_205659_1633539419_d28fbab91d.jpg

2015-ci ildəki məğlubiyyətlə barışmayan Şəhriyar Məcidzadə xarici dəstəyin siyasi proseslərdə nə dərəcədə əhəmiyyətli olduğunu başa düşüb və fəaliyyətini də xarici dəstək qazanmaq istiqamətinə yönəldib. Onun xarici səfirliklərin qucağına gedən yolu da məhz burada başlayıb.

Sandra Rulofs Bakıya nə üçün gətirilmişdi?

2018-ci ilin fevralında Şəhriyar Məcidzadənin sədri olduğu “Milli Fikir Mərkəzi” adlı təşkilat tərəfindən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Azərbaycana dəvət olunur. Ziyarətin səbəbi isə xanım Rulofsun “Bir idealistin hekayəsi” adlı kitabının azərbaycan dilinə tərcümə edilməsi olub. Şəhriyar Məcidzadənin təşkilatı tərəfindən tərcümə edilən kitab çap olunub və müəllif üçün xüsusi imza günü təşkil olunub. Niyəsə Məcidzadə hər hansı elmi əsərdən daha çox adı önəmli siyasi hadisələrə xatırlanan Mixeil Saakaşvilinin həyat yoldaşının xatirələrini Azərbaycan üçün faydalı olacağını düşünüb.

https://azadsoz.com/M0/1/2021/10/images/20211006_205717_1633539437_1eccf3285d.jpg

Əslində isə məhz Sandra Rulofsun xatirə kitabının tərcüməsi və çapı Şəhriyar Məcidzadənin Qərb dairələrində nüfuz qazanmağa yönəlmiş gedişi idi. Plana əsasən bu kitabla Şəhriyar Məcidzadə  Azərbaycanda “ciddi” fəaliyyət göstərən təşkilat olduğunu göstərəcək və bu yolla bəzi Qərb təşkilatları ilə əməkdaşlıq yaratmağa çalışacaqdı.

Onu da qeyd edək ki, Sandra Rulofsun xatirə kitabı bu istiqamətdəki ilk addım olub. Şəhriyar Məcidzadə daha sonralar da bir sıra Qərb ölkələrinin səfirlikləri ilə ortaq layihələr icra edib. Şəhriyar Məcidzadənin dövlətdən, vətəndən, millətdən danışması da bu fəaliyyətləri icra edərkən ölkə daxilində şübhə çəkməmək üçün istifadə olunan çətir olub.

Şəhriyar Məcidzadənin ABŞ səfirliyi ilə bağlayan səbəblər?

Sandra Rulsofsun Azərbaycana səfərindən bir müddət sonra Şəhriyar Məcidzadənin təşkilatına hücumlar başladığını və təşkilatının dağıdıldığını bildirib. Şəhriyar Məcidzadə həmin vaxtlar hakimiyyətin onu həbs etdirməyə çalışdığını qeyd edərək silsilə yazılar yayımlayıb və bir sıra məmurları hədəf alıb. Üzdə fəaliyyətini dayandırmasına baxmayaraq təşkilatının fəaliyyəti isə davam edir.

https://azadsoz.com/M0/1/2021/10/images/20211006_205754_1633539474_8cf5f2e800.jpg

Şəhriyar Məcidzadə ilə ABŞ səfirliyi arasındakı isti münasibətləri sübut edən hadisə 2019-cü ilin iyulda baş verir. Belə ki, Şəhriyar Məcidzadə artıq fəaliyyətini dayandırmış təşkilatın sədri kimi ABŞ səfirliyində təşkil olunan tədbirə dəvət olunur. Rəsmən səfir Lee Litzenbergin dəvəti ilə reallaşan səfərdə Şəhriyar Məcidzadə ən ön sırada yer alıb. Ölkədə uzun illər Qərb maraqları üçün çalışan onlarla təşkilatın olmasına baxmayaraq, yalnız Şəhriyar Məcidzadənin dəvət olunması onun ictimaiyyətə açıqlanmayan münasibətlərinin olduğuna dəlalət edir.

Şəhriyar Məcidzadənin nə üçün ABŞ səfirliyinin dəyərli qonağı olduğu isə müəmmalıdır. Bu suala cavab tapmaq üçün yaxın keçmişə baxmaq kifayətdir. Şəhriyar Məcidzadənin əmisi, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da ABŞ prezidenti Bill Klintonun and içmə mərasiminə dəvət olunan tək yüksək rütbəli dövlət nümayəndəsi idi. Elə o vaxt da nə üçün ABŞ rəhbərliyinin ancaq İsgəndər Həmidova etimad göstərməsi də sübhələrə əsas vermişdi.

ABŞ-ın Azərbaycanda hansı planlar üzərində işlədiyi məlum olmasa da Həmidovlara qarşı xüsusi “sevgisinin” səbəbsiz olmadığı aydındır.

P.S. Yazıda adı çəkilən qarşı tərəflərin fikirlərini dərc etməyə hazırıq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33