Cümə, 26 Aprel

İnfeksionistdən vətəndaşlara xəbərdarlıq: Əməl edin...

image

Yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma dinamikasında son həftələr azalma müşahidə edilir. Lakin ötən illə müqayisədə, yoluxmanın hələ də yüksək olduğu bəllidir.

Ötən ilin eyni dövründə koronavirusa sutkalıq yoluxma sayı ikirəqəmli olduğu halda, bu il epidemioloji göstərici hələ də üçrəqəmlidir. Pandemiya davam etdiyi müddətdə belə artım və azalmaların olması təbiidir.

Nəzərə almaq lazımdır ki, hazırda ölkədə koronavirusun “delta” ştamı ilə yoluxma qeydə alınır və həmin ştam daha sürətlə yayılma xüsusiyyətə malikdir. Həmçinin ali və orta təhsil müəssislərinin fəaliyyəti bərpa edilib. Yəni, yoluxmanın yenidən artması üçün “münbit” şərait var. İstənilən halda, vətəndaşlar müəyyən qədər azalmanın olmasına baxmayaraq, arxayınlaşmamalı və ümumi qaydalara əməl etməlidirlər.

Xəbər verilir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə Azərtac-a bildirib ki, koronavirusdan qorunmaq üçün kütləvi toplaşmalardan uzaq durmaq, sosial məsafəni qorumaq vacib şərtdir:

“Həmçinin sıxlıq olan yerlərdə tibbi maskadan mütləq istifadə etmək lazımdır. Eyni zamanda, COVİD-19-un ən önəmli profilaktikası hesab edilən vaksinasiya prosesində aktiv iştirak etmək vacibdir. Vaksinasiyadan keçməyənlər mütləq şəkildə peyvənd vurdurmalı və ikinci doza peyvəndin vaxtını gecikdirməməlidirlər. Pandemiyanın qurtarması üçün dünya əhalisinin əksəriyyəti koronavirus əleyhinə vaksin vurdurmalıdır. Bu, kütləvi immunitetin formalaşması üçün əsas şərtdir. Məsləhət görürəm ki, təkcə yaşı 65-dən yuxarı olan yaşlılar və risk qrupuna daxil olanlar deyil, eləcə ortayaşlılar da üçüncü doza peyvənd vurdursunlar. Çünki delta ştamı orta yaşlılar arasında da geniş yayılıb və ölüm halları artıb”.

Həkim-infeksionistin dediyinə görə, koronavirusun “delta” ştamı uşaqlarda da müxtəlif ağırlaşmalara səbəb olur:

“Ona görə də, valideynlər diqqətli olmalıdırlar. Azyaşlı uşaqlar arasında gigiyenik qaydalarla bağlı maarifləndirmə işi aparmaq vacibdir. Doğrudur, xüsusilə ibtidai siniflərdə oxuyan uşaqların tənəffüs sistemi hələ tam inkişaf etmədiyinə görə, onlar tibbi maskadan uzun müddət istifadə edə bilmirlər, lakin uşaqların dezinfeksiyaedici məhlullardan istifadəsini və sosial məsafəni qorumalarını təmin etmək mümkündür. Qızıl qaydalara əməl etməklə və ən əsası vaksinasiya prosesində iştirak etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33