Cümə, 17 May

Şahnazarov: Bakının əlində çoxlu kartlar vardı, ancaq...

image

Ermənistan və Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edərlərsə, onda gec-tez, yəqin ki, tez zamanda ümumi dil tapacaqlar. Birgə yaşayışın başqa yolu yoxdur. Revanş xəyalları isə tamamilə boş məşğuliyyətdir.

Aftafa.tv xəbər verir ki, bunu rusiyalı kinorejissor, ictimai xadim, “Mosfilm” kinokonserninin baş direktoru və idarə heyətinin sədri, Rusiyanın xalq artisti Karen Şahnazarov öz müsahibəsində deyib.

“Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı şəkildə qəbul etdi, bu, başadüşüləndir. Ancaq buna dözmək lazımdır... Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır. Yəni "gücümüzü toplayıb yeni müharibəyə başlayacağıq" düşüncəsindədirlər. Fikrimcə, bu, tamamilə çıxılmaz bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meyilli deyil. Əməkdaşlıq üçün imkan tapmaq lazımdır”, - o bildirib.

“Ümumilikdə bunu Bəyanatı (10 noyabr) imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidməti hesab edirəm. Axı Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”, - Karen Şahnazarov söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58