Şənbə, 18 May

Əfqanıstanda silahlı hücum - 4 nəfər öldü

image

Əfqanıstanın Nanqarhar əyalətinin paytaxtı Cəlalabadda baş vermiş silahlı hücum zamanı biri uşaq olmaqla azı 4 nəfər ölüb.

Xəbər verilir ki, ölənlərdən ikisi “Taliban” üzvü, digər ikisi mülki şəxslərdir.

“Şənbə günü axşam saatlarında ölkənin şərqindəki Nanqarhar əyalətində planlaşdırılan hücum nəticəsində azı 4 nəfər öldürülüb”, - mənbənin məlumatında belə deyilir.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41