Cümə, 26 Aprel

Məhkəmə arvadını öldürən polislə bağlı qərar verdi

image

Məhkəmə polis şöbəsində arvadını qətlə yetirən şəxslə bağlı qərar verib. 

Verilən məlumata görə, müvafiq məhkəmə orqanı həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, İsmayıl Məmmədovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 30-da səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı xidməti silahdan atəş açaraq qətlə yetirib.

Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33