Şənbə, 18 May

Koronavirusun dərmanı tapıldı

image

ABŞ-ın "Merck" əczaçılıq şirkəti bir müddətdir üzərində çalışdığı koronavirus dərmanının gözlənilən nəticələrini açıqlayıb.

Xəbər verilir ki, "Merck" əczaçılıq şirkəti, koronavirusa qarşı hazırlanmış molnupiravir adlı dərmanın laboratoriya araşdırmalarının nəticələrini ictimaiyyətə təqdim edib. 

Şirkətdən verilən rəsmi açıqlamada, koronavirusa qarşı hazırlanan molnupiravir adlı dərmanın, Delta da daxil olmaqla koronavirusun bütün növlərinə qarşı təsirli olduğu vurğulayıb. Dərman erkən infeksiya dövründə tətbiq edildikdə isə daha təsirli olur.

Qeyd edək ki, "Merck"in Ridgeback bioterapiya şirkəti ilə birlikdə hazırladığı antiviral dərmanlardan biri, COVİD19 müalicəsi üçün, digəri isə profilaktik olaraq hazırlanmışdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41