Cümə, 17 May

Yaponiyada karantin tam ləğv olundu

image

Yaponiyada sabahdan, yəni oktyabrın 1-dən koronavirusa qarşı fövqəladə vəziyyət rejimi qüvvədən düşür.

Xəbər verilir ki, bununla yanaşı, ölkədə koronavirusa qarşı gücləndirilmiş tədbirlər rejimi də tam olaraq başa çatıb.

Yaponiyada fövqəladə vəziyyət rejimi 19 prefekturada (əyalətdə), nisbətən yumşaq olan fəal tədbirlər rejimi isə 8 əyalətdə tətbiq olunmuşdu. Bu ilin aprel ayında tətbiq olunmuş fövqəladə vəziyyət rejimi bir neçə dəfə uzadılıb.

Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayı avqust ayındakı 25 mindən 1128 nəfərədək azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41