Cümə, 17 May

“Təkrarən qapanmaya gediləcək, əgər...“ - Həkim

image

“Covid-19 pandemiyası davam edir. Lakin virusun yayılma intensivliyi azalıb”.

Bu sözləri açıqlamasında həkim radioloq Aydın Əliyev bildirib.

O, yoluxma sayı, ağır xəstələrin sayının azaldığını vurğulayıb:

“Yoluxma və ağır xəstələrin sayında azalma olduğuna görə tədricən açılmalara gedilir, məhdudiyyətlər qaldırılır. Virusla bağlı hər zaman situasiyaya uyğun davranılacaq. Əgər təkrar artımlar olsa, artımdan da vacib ağır xəstələrin sayı yenidən yüksələrsə, qapanmaya gedilə bilər. Bugünkü situasiyada isə ciddi qapanmalara ehtiyac yoxdur".

Aydın Əliyev orta və ali məktəblərin tam formada fəaliyyətini bərpa etməsini xatırladıb:

"Proses diqqətlə izləniləcək. Məncə, vaksinləşmə və yoluxub sağalan xəstələr sayəsində ciddi artımlar olmayacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58