Cümə axşamı, 16 May

Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə başladı

image

“Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hər iki ölkə ilə danışıqlara başlamışıq”.

Xəbər verilir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hələ də həllini tapmayan münaqişələr var.

Baş katib bildirib ki, Avropa Şurasının bu bölgələrə maneəsiz daxil olması monitorinq prosesi üçün vacibdir.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimadın qurulması tədbirləri tərəflər arasında münaqişənin həll olunması üçün ən vacib amillərdən biridir və hər iki dövlət buna etiraz etmədikcə bu mövzuda işlər davam etdiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00