Cümə, 17 May

Koçaryandan hökumətə qarşı TƏLƏB

image

“Hayastan” bloku Ermənistan hökumətindən müharibədən əziyyət çəkənlərə yardım proqramı hazırlamağı tələb edib.

Xəbər verilir ki, müxalifət bloku hökumətdən müharibə nəticəsində ölən, itkin və əsir düşən, yaralı və ya əlil olanların sayı haqqında tam və dəqiq məlumat istəyib.

Eyni zamanda müharibədən əziyyət çəkənlərin ailələrinə yardım göstərilməsi üçün, onların ehtiyaclarının qiymətləndirilib -qiymətləndirilmədiyi haqda sual ünvanlanıb. Büdcədən və beynəlxalq donorlardan gələn vəsaitlərin hara yönəldildiyi haqda hökumətdən hesabat tələb olunub.

Koçaryanın komandası həmçinin ölkədəki humanitar fəlakətdən xilas olmaq üçün hökumətin beynəlxalq təşkilatlardan, xüsusən də BMT-dən yardım istəyib-istəmədiyi ilə maraqlanıb.  Bildirilib ki, hökumət bütün bu məsələlərə aydınlıq gətirdikdən sonra, ictimaiyyətə geniş məlumat veriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58