Çərşənbə, 15 May

“Arayiki Azərbaycan benzini ilə yandırmaq lazımdır” - Erməni politoloq

image

"Arayik Arutyunyanın erməni torpağında məzarı olmayacaq"

Bunu Ermənistan parlamentinin keçmiş deputatı, politoloq Mihran Akobyan deyib. Onun fikrincə, separatçı Arayiki yaxşı sonluq gözləmir.

Erməni politoloq Arutyunyanın Azərbaycan benzini ilə yandırılmasını təklif edib:

"Yadınızdadırmı, Hadrutdakı evini itirən erməni Xankəndində Arutyunyanın paltar mağazasını yandırdı. Bu hərəkət qanuni idimi? Xeyr. Ədalətli idimi? Qətiyyətlə demək olar ki, bəli. Onun erməni torpağında məzarı olmayacaq. Üstəlik, Hadrut intiqamçısından nümunə götürüb onu Azərbaycan benzini ilə yandıracaqlar. Qanuni olacaq? Yox. Düzgün addım olacaq? Birmənalı olaraq, bəli! Məhkəmələr bunu edə bilməz. Amma gələcək nəsillər bir "türk agenti"ni ortadan qaldıran şəxsi mütləq haqq qazandırıb tərifləyəcək".

Xatırladaq ki, bir neçə gün əvvəl separatçı Arayik Arutyunyan qalmaqallı açıqlaması ilə erməni cəmiyyətinin qəzəbinə tuş gəlib. Belə ki, o, indi özünü "vətənpərvər" kimi təqdim edən ermənilərin müharibə vaxtı yoxa çıxdığını deyib. Bu fikirlər birmənalı qarşılanmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00