Cümə, 17 May

“Taliban“ yeni hökumətin andiçmə mərasimi ləğv etdi

image

"Taliban" yeni Əfqanıstan hökumətinin inauqurasiya mərasimini ləğv edib.

Xəbər verilir ki, qrupun Mədəniyyət Komissiyasının yüksək vəzifəli üzvü İnamullah Samanqani bu barədə "Twitter" səhifəsində məlumat yayır.

"Yeni Əfqanıstan hökumətinin andiçmə mərasimi bir neçə gün əvvəl ləğv edilib. Artıq xalqı çaşdırmaq istəmədiyimiz üçün "Taliban" rəhbərliyi kabinənin bir hissəsini təqdim edib, hökumət artıq işinə başlayıb. Andiçmə mərasiminin sabah, 11 sentyabrda olacağı ilə bağlı yayılan xəbərlər doğru deyil", - deyə Samanqani qeyd edib.

Xatırladaq ki, "Taliban" qrupu 11 sentyabr 2021-ci ildə Rusiya, İran, Çin, Qətər və Pakistanı andiçmə mərasimində iştiraka dəvət etmişdi.

Kremlin sözçüsü Dimiry Peskov bu gün Moskvanın heç bir şəkildə mərasimə qatılmayacağını açıqlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58