Bazar, 19 May

Qvineyada 79 siyasi məhbus azadlığa buraxıldı

image

Qvineyada 79 siyasi məhbus azadlığa buraxılıb.

Xəbər verilir ki, bu barədə yerli “Guineematin” portalı məlumat yayıb.

Belə ki, məhbusların azadlığa buraxılması ilə bağlı hakimiyyəti ələ keçirmiş hərbçilər tərəfindən təcili iddia irəli sürülüb. Baş prokuror 79 nəfərin azadlığa buraxılması barədə qərar verib.

Sərbəst buraxılanlar arasında müxtəlif nümayiş və aksiyalarda iştirak edən, müxalif partiyaların üzvləri var.

Qeyd edək ki, bir neçə gün öncə Qvineyada hərbçilər ölkə hakimiyyətini ələ keçirib, prezidenti girov götürüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41