Çərşənbə, 15 May

Hansı halda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurulacaq?

image

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulacağı ilə bağlı yeni qərar qəbul edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Nə üçün yalnız mRNT Pfizer (“Comirnaty”) vaksinin vurulmasına gəlincə isə qərarda qeyd olunur ki, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyası yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazə verib.

Qərar da bu icazə nəzərə alınmaqla verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00