Çərşənbə axşamı, 30 Aprel

“Taliban“ Pəncşir vadisini ələ keçirdi

image

"Taliban" Pəncşir vadisini nəzarətə aldığını elan edib.

Xəbər verilir ki, bu barədə "Taliban" sözçüsü Zəbihullah Mücahid məlumat yayıb.

"Ölkədə tam təhlükəsizlik üçün edilən son cəhdlər də nəticə verdi və Pəncşir əyaləti tamamilə nəzarətimizdədir", - deyə o vurğulayıb.

"Taliban" qaynaqlarına görə, Pəncşirdəki Müqavimət Cəbhəsinin bəzi liderləri bölgədən qaçıb.

Hələlik Müqavimət Cəbhəsinini mənbələr bu barədə heç bir açıqlama verməyib.

Cəbhənin sözçüsü və komandanlarından biri Fəhim Daşti dron həmləsi ilə öldürülüb.

Onun Pakistan ordusunun PUA-sı ilə məhv edildiyi iddia olunur.

Mənbələr "Taliban"ın ən tanınmış komandirlərindən olan Qari Fəsihəddinin də Pəncşirin Xanc şəhərində müqavimət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Əfqanıstanın sabiq vitse-prezidenti Əmrullah Salehin ofisi "Əl-Şərq" xəbər agentliyinə bildirib ki, Pəncşir Müdafiəçiləri Cəbhəsinin komandanı Əhməd Məsud Pəncşirdəki təhlükəsiz bir yerdədir.

Əmrullah Salehin özü Tacikistana qaçıb.

Əhməd Məsud sentyabrın 5-də bildirib ki, əgər "Taliban" qüvvələrini Pəncşir və Andarabdan çıxararsa, Pəncşir Cəbhəsi hərbi müqaviməti dayandıracaq və qrupla danışıqlar aparacaq. 

Amma bir saat sonra "Taliban" siyasi bürosunun sözçüsü Məhəmməd Nəim Əhməd Məsudla danışıqlar aparmaq təklifini rədd edib: "Əhməd Məsud sülh təklifimizi rədd etdikdən sonra danışıqlar üçün heç bir əsas qalmayıb".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42