Çərşənbə axşamı, 30 Aprel

Putin Əfqanıstandakı vəziyyəti humanitar fəlakət adlandırıb

image

Rusiya Prezidenti Vladimir Putin ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstandakı vəziyyəti humanitar fəlakət adlandırlb.

Xəbər verilir ki, bu barədə Rusiya lideri Şərq İqtisadi Forumunun iştirakçılarına videomüraciətində bildirib.

O, Sovet qoşunlarının Əfqanıstanı mütəşəkkil qaydada tərk etdiyini və Kabildə qalan rejimin daha bir neçə il mövcud olduğunu vurğulayıb.

Rusiya lideri, Əfqanıstanın dərslərinə baxmayaraq, kənardan standartlar tətbiq etmək siyasətinin digər ölkələrdə davam etdiyini söyləyib. Onun sözlərinə görə, demokratiya kənardan zorakı vasitələrlə implantasiya edilə bilməz, xalqın ehtiyacı olarsa, özü buna doğru gələcək.

O, Rusiyanın Əfqanıstanın parçalanmasında maraqlı olmadığını da vurğulayıb. Əlavə edib ki, Moskva taliblərin Əfqanıstanın demək olar ki, bütün ərazisini nəzarətdə saxladığı reallığından çıxış etməlidir.

Putin vurğulayıb ki, Əfqanıstandakı vəziyyət Rusiyanın həm özü, həm qonşuları üçün təhlükə yaradır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42