Çərşənbə axşamı, 30 Aprel

Lukaşenko bəzi sirləri açdı: “Pitinlə razılaşdıq ki, …” 

image

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə birlikdə sentyabrın 10-dan 16-dək iki ölkə ərazisində keçiriləcək “Qərb-2021” təlimində iştirak edəcəklərini bildirib.

Xəbər verilir ki, bu haqda informasiyanı “Pul Pervoqo” Telegram kanalı yayıb.

“Putinlə razılaşdıq ki, təlimlərin böyük hissəsini nəzarətə götürəcəm. Təlimlər Belarusda da baş tutacaq. Bu işə bir çox poliqon cəlb ediləcək. O, öz poliqonunda, mən isə poliqonumda olacağam”, deyə Lukaşenko qeyd edib.

Belarus prezidenti həmçinin bildirib ki, NATO-unun üzvləri, xüsusən Baltikyanı ölkələr Qərb-2021 təlimlərindən qorxmamalıdır.

Lukaşenko vurğulayıb ki, təlimlərin məqsədi qonşuları qorxutmaq deyil, iki müttəfiq ordunun qarşılıqlı fəaliyyətini hazırlamaqdır.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan S-400 zenit-raket kompleksləri və onlarla yeni təyyarə də daxil olmaqla silah tədarük ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Rusiya-Belarus birgə “Qərb-2021” təlimləri 10-19 sentyabr tarixlərində iki ölkə ərazisində keçiriləcək. İyulun sonunda rus hərbçiləri təlimə hazırlıq məqsədilə Brestə gəliblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42