Şənbə, 18 May

“Mən hakimiyyətə gələndə ölkənin yarısı “Taliban”ın nəzarətində idi”

image

"Ağ Evə gəldiyim gün "Taliban" Əfqanıstanda hərbi olaraq yüksək mövqedə idi. Ölkənin yarısı Əfqanıstanın nəzarətində idi".

Xəbər verilir ki, bunu ABŞ prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında deyib. Bayden ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasını düzgün addım adlandırıb.

"Mayın 1 -də Əfqanıstandan çıxsaydıq, "Taliban" heç bir ABŞ əsgərinə hücum etməyəcəkdi. Ya çıxacaqdıq, ya da münaqişəni alovlandıracaqdıq. Bu sonsuz savaşı uzatmaq fikrində deyildim. Aprel ayında bu savaşa son qoymağa qərar verdim. 300 mindən çox Əfqanıstan ordusunun "Taliban"la vətəndaş müharibəsində daha ciddi mübarizə aparacağını düşünürdük. Bu fərziyyənin səhv olduğu ortaya çıxdı. Yenə də komandamıza göstəriş verdik. Bu vəziyyətə də hazır idik. Əfqan ordusu çökərkən, prezident ölkədən qaçarkən biz hazır idik. Kabul hava limanını qorumaq üçün 6000 əsgər ayırdıq.

Mart ayından bəri Əfqanıstandakı amerikalılarla 19 dəfə əlaqə saxladıq. Onları xəbərdar etdik, "çıxmağınıza kömək edək" dedik. Öyrəndik ki, Əfqanıstanda 5000 amerikalı var və ayrılmaq istəyirlər. 5500 Amerika vətəndaşımızı xilas edə bildik. Yerli işçiləri və onların ailələrini də çıxardıq", - deyə ABŞ Prezidenti bildirib.

ABŞ Prezidenti "Taliban"ın verdiyi sözlərə əməl edib-etməyəcəyi məsələsinə də toxunub.

"100-dən çox ölkəylə birlikdə "Taliban"ın verdiyi sözlərə əməl etməsinə çalışacağıq. Bizə təhlükəsizlik keçidi verəcəklərini dedilər. Biz sadəcə sözə baxmırıq, əmələ də baxırıq. 31 avqustda çıxmaq qərarımız zor qarşısında geri çəkilmək deyildi, amerikan xalqını qurtarmaq üçün atdığımız bir addımdır", - deyə Bayden qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41