Cümə, 17 May

Ərdoğan Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması üçün əsas şərti açıqlayıb

image

“Ermənistan birtərəfli ittihamlar əvəzinə, gələcəyə baxan və həqiqəti əks etdirən mövqeyə sahib olmalıdır”.

Verilən məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə yalnız bu halda Ermənistanla mərhələli şəkildə əlaqələrini normallaşdıra bilər: “Bölgəmizdə yeni, konstruktiv münasibətlərə ehtiyac var. Baxış və gözləntilərdə fərqliliklər olsa da, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət də daxil, qarşılıqlı etimad əsasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün səmimi səy göstərmək məsuliyyətli bir davranış tərzi olacaq.

Yaxın tarix düşmənçilik qaynağı olmamalı, davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılması lazımdır.

Bu yöndə irəliləməyə hazır olduğunu bəyan edəcək bir Ermənistan hökuməti ilə münasibətlərimizi mərhələli şəkildə normallaşdırmaq üçün çalışa bilərik. Artıq barış və sabitliyi davamlı hala gətirib, iqtisadi inkişaf və regional əməkdaşlıq şəraitini təmin etməliyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58