Çərşənbə, 15 May

Daha bir ölkə peyvənd yaşını aşağı endirdi

image

Avstraliya Vaksinasiya Texniki Məsləhət Qrupu (ATAGI) ölkənin dərman tənzimləyicisi Terapevtik Məhsullar İdarəsi (TGA) tərəfindən təsdiqlənmiş “Pfizer/BioNTech” tərəfindən istehsal edilən COVID-19 peyvəndinin 12-15 yaş qrupunda olanlara da vurlmasını təsdiqləyib.

Xəbərə görə, əvvəllər peyvəndin 16 yaşdan yuxarı avstraliyalılara vurulmasına icazə verilirdi.

Mart ayından etibarən Avstraliyada “Pfizer/BioNTech” və “AstraZeneca” peyvəndləri tətbiq olunsa da, “Moderna” və “Johnson & Johnson” tərəfindən istehsal olunan peyvəndlər hələ ölkəyə çatmamışdı.

Peyvənd nisbətləri 70-80 faizə çatanda COVID-19 qadağalarını ləğv etməyi planlaşdıran Avstraliyada əhalinin 55.2 faizi birinci, 32.3 faizi ikinci dozasını alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00