Cümə axşamı, 16 May

Heyvanları öldürənlər 1,6 milyon cərimə və 10 il həbs EDİLƏCƏK

image

Belçikada əhalinin əksəriyyətinin yaşadığı Flamand bölgəsindəki yeni dəyişikliyə əsasən, heyvanları öldürən, təhqir edən və onlarla pis rəftar edən şəxslər ağır cəza alacaq.  

Xəbər verilir ki, sözügedən qərara əsasən, bu cinayəti törədənlər  birinci dəfə 5 ilə qədər həbs ediləcək və 800 min avroyadək cərimə ödəyəcək.

Yeni qanuna görə, həmin şəxs 5 il ərizində heyvanlarla yenidən pis rəftar edəcəyi təqdirdə onu bundan iki dəfə çox cəzalandıracaqlar, yəni həmin şəxs 10 ilə qədər həbs edilə və 1.6 milyon avro cərimə ödəyə bilər.

Qanun polisə heyvan təcavüzkarlarını dərhal həbs etmək səlahiyyətini də verəcək. Kəsim məntəqələrində və təsərrüfatlarda yoxlamalar artırılacaq. Məhkəmələrə heyvanlarla pis davranan müəssisələri tamamilə bağlamaq səlahiyyəti veriləcək.

Qeyd edək ki, yeni dəyişikliyin qəbul edilməsində Flamandın Heyvan Sağlamlığı naziri Ben Ueyts önəmli rol oynayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00