Çərşənbə axşamı, 30 Aprel

Talibanın Əfqanıstanı necə idarə edəcəyi məlum oldu – Yeni idarəetmə sistemi yaradılır

image

Taliban Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət bir məclis qurmaq niyyətindədir.

Xəbər verilir ki, bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxın mənbələrə istinadən məlumat yayıb. Taliban 12 nəfərlik idarə heyətinə ölkənin əvvəlki hökumət üzvlərindən bəzilərini cəlb etmək niyyətindədir.

Məlumata görə, məclisdəki ən nüfuzlu üç şəxs Taliban siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu, Taliban hərbi komissiyasının rəhbəri Molla Məhəmməd Yakub və səhra komandiri, eləcə də “Haqqani” diversiya qrupunun rəhbəri  Siracuddin Haqqanidir.

Qəzetin iddiasına inansaq Taliban Əfqanıstanda nə prezident, nə də başqa bir vəzifə bərpa etməyəcək. Ancaq onlar ABŞ-ın da dəstəklədiyi keçmiş hökumət üzvlərindən bəzilərini nazir postlarına gətirmək niyyətindədirlər. Taliban bununla beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq şansını artırmaq istəyir və mümkün qədər əhatəli bir hökumət yaratmaq fikrindədir.

Taliban həmçinin məşhur səhra komandiri, şimal alyansının rəhbəri olmuş Əhməd şah Məsudun oğlu Əhməd Məsudu da hakim şurada görmək istəyir. Lakin qəzetin yazdığına görə bu çətin bir məsələdir. Çünki hazırda Əhməd Məsud Pəncşirdəki qüvvələrə rəhbərlik edir və Talibana müqavimət göstərir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42