Çərşənbə axşamı, 30 Aprel

Təyyarədən yıxılan əfqanların köynəyini hazırlayıb, lağa qoydular 

image

Əfqanıstanın paytaxtı Kabildə dünyanın gündəmində olan təxliyə prosesi zamanı ABŞ yük təyyarəsini tutaraq ölkədən qaçmağa çalışan və saniyələr sonra hündürlükdən yıxılan əfqanları əks etdirən köynəklər istehsal edilib. 

Xəbər verilir ki, köynəklər ABŞ və Sinqapur mərkəzli satış platformalarında 20  dollara satışa çıxarılıb. Lakin  həmin köynəklər qalmaqala səbəb olub. 

Rəngli istehsal edilən köynəklərin üzərinə "Kabil paraşütlə atlama klubu" yazılıb. Humanitar böhranın yaşandığı Kabildə əfqanları zarafata qoyan köynəklər sosial mediada böyük reaksiyaya səbəb olub. Sosial media istifadəçiləri, ümidsiz əfqanların təyyarələrdən yapışarkən, kiminsə köynəklə əfqanların ağrısından istifadə etməyə çalışdığını bildiriblər.  İstifadəçilər faciəli anları lağa qoyan köynəklərin satışdan çıxarılmasını tələb ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42