Şənbə, 18 May

Çin dünyanı işğal siyasətini gücləndirir: Hər ailəyə 3 uşaq...

image

Çində ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyi qəbul edilib.

Qanuna edilən dəyişiklik Milli Xalq Konqresinin daimi komitəsi tərəfindən qəbul edilib.

Qanun layihəsi Çin Xalq Respublikasının dövlət başçısı tərəfindən imzaladıqdan sonra hüquqi qüvvəyə minəcək.

Qeyd edək ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi mayın 31-də 3 övlada sahib olmaq istəyən cütlükləri dəstəkləmək qərarını vermişdi.

Kommunist Patiyası bu addımını Çinin əhali sayının inkişafı, əhalinin azalma probleminə reaksiya və ölkənin insan qaynağı avantajının davam etdirilməsi ilə əlaqələndirmişdi.

Beləliklə, qanuna dəyişikliklə Çin faktiki olaraq “tək uşaq” siyasətindən imtina edir. Qeyd edək ki, 1980-cı ildə əhalinin artımını nəzarətə almaq məqsədilə çində “tək uşaq” siyasəti əsas kimi götürülmüşdü.

2013-cü ildə qanuna yenidən baxan hökumət 2016-cı ildə hər bir ailə üçün iki uşaq sahibi olmağı qəbul etmişdi.

May ayında açıqlanan statistikadan bəlli olmuşdu ki, ölkədə doğuşların sayı 2020-ci ildə əvvəlki ildən 18 faiz az olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41