Ukrayna əməkdaşlıqdan imtina etdi - Rusiya Donbasa zirehli texnika yığır
Ukrayna əməkdaşlıqdan imtina etdi - Rusiya Donbasa zirehli texnika yığır
Ukrayna Rusiya ilə turizm sahəsində əməkdaşlıq müqaviləsindən çıxdığını açıqlayıb.
Aldığımız məlumata görə, bu barədə Ukraynanın hökumət nümayəndəsi Vasili Mokan özünün “Telegram” hesabında açıqlama verib.
O, bu qərarın Ukraynanın milli maraqlarına zərər verə biləcəyi səbəbilə qəbul edildiyini bildirib.
Sözügedən müqavilə iki ölkə arasında 1999-cu ildə imzalanıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Rusiyadan buğda, günəbaxan yağı, kağız və yuyucu vasitələrin idxalını qadağan etdiyini açıqlayıb.
Onu da qeyd edək ki, Ukrayna ilə Rusiya arasında münasibətlər gərginləşib. Rusiya Donbas istiqamətinə zirehli texnikaları yığmağa başlayıb. Gecə də Rusiya hava qüvvələrinə aid texnikalar Ukrayna sərhədi istiqamətinə göndərilib. Eyni zamanda Belarus da Ukrayna sərhədinə texnika yığmağa başlayıb.
Azadsoz.com