Bazar ertəsi, 29 Aprel

Bayden: “Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?”

image

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı vəziyyətlə bağlı çıxış edib.

Xəbər verilir ki, Baydenin sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarmaq qərarı düzgün verilib:

"Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm. Mən qəti olaraq verdiyim qərarın arxasında dururam.

Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır".

Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını qətiyyətlə müdafiə edib və bununla bağlı ABŞ-ın ünvanına yönələn tənqidləri rədd edib.

Prezident Taliban hərəkatına da xəbərdarlıq edib. Deyib ki, ABŞ ordusunun çıxarılması prosesinə mane olunmamalıdır, əks halda qarşı tərəf dağıdıcı güclə üzləşəcək: "ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, biz öz insanlarımızı dağıdıcı qüvvə ilə müdafiə edəcəyik. Bu müdafiə sürətli və qətiyyətli olacaq". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42