Şənbə, 18 May

Türkiyədə peyvəndin dördüncü dozası VURULACAQ

image

Türkiyədə COVID-19-la mübarizə çərçivəsində peyvənd proqramı ölkə daxilində sürətlə davam edir.

Xəbər verilir ki, ölkənin Səhiyyə Nazirliyi epidemiyaya qarşı mübarizəni səmərəli şəkildə davam etdirmək üçün koronavirus peyvəndinin dozalarının sayı və tətbiq edildiyi yaş qrupları ilə bağlı yeni qərarlar qəbul edib.

Bununla bağlı, 15 yaşdan yuxarı və xroniki xəstəliyi olan 12 yaşdan yuxarı şəxslərə COVID-19 peyvəndi vurulacaq.

Səhiyyə işçilərinə və prioritet qrupda olanlara peyvəndin dördüncü dozası tətbiq ediləcək.

Daha öncə PCR testi pozitiv olan insanlar sağaldıqdan üç ay sonra peyvənd edilə bilərdilər. Yeni qərarla bu müddət bir aya endirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41