Şənbə, 18 May

Qonşu ölkədə bir gündə 655 nəfər koronavirusdan öldü

image

İranda ötən 24 saat ərzində 41 194 nəfər koronavirusa yoluxub, 655 nəfər ölüb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 98 483 nəfərə, yoluxanların sayı isə 4 467 015 nəfərə çatıb. Virus daşıyıcılarından 7 379 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41