Şənbə, 18 May

Taliblər Əfqanıstanın şimalındakı ən böyük şəhəri ələ keçirdilər

image

Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Xəbər verilir ki, Taliban yaraqlıları Bəlx əyalətinin mərkəzi və Əfqanıstanın şimalında ən böyük şəhər sayılan Məzari-Şərifi ələ keçirib.

Bu barədə agentliyə açıqlama verən əfqan parlamentarilərdən biri deyib ki, əvvəlcə əyalətdə yerləşən Əfqanıstan ordusu bölmələri daha sonra isə digər hökumətyönlü qüvvələr silahlılara təslim olublar.

“Taliban” ın qubernatorluğu və digər obyektləri ələ keçirdiyi bildirilir. Hazırda Əfqanıstanın böyük şəhərlərindən yalnız Pakistanla sərhəddəki, şərqdəki Nanqarhar əyalətinin mərkəzi olan Kabil və Cəlalabad hökumətin nəzarətindədir.

Qərb mediası ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, Taliban tezliklə Kabili nəzarətə götürə biləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41