Şənbə, 18 May

Epidemioloq pandemiyanın uzanma səbəbi barədə: “Hələ başlanğıcdayıq”

image

"Pandemiyanın sonundan çox başlanğıcına yaxınıq. Bunun səbəbi isə hazırda yayılan “Delta” variantı deyil, peyvəndi yaymaqda uğursuzluğumuzdur”.

Xəbər verilir ki, bunu məşhur amerikalı epidemioloq Larri Brilliant deyib.

O bildirib ki, ixtiyarımızda olan peyvəndləmə rəqəmləri çox aşağı göstəricidir: “65 yaşdan yuxarı insanlar və 6 aydan çox ikiqat dozalı peyvənd alanlar immunitetləri zəiflədiyi üçün peyvəndin üçüncü dozasını mümkün qədər tezləşdirməlidirlər.

Çünki virus bu qrup insanların bədəninə daxil olanda gözlənildiyindən fərqli və daha təhlükəli mutasiyalara uğraya bilər. Bu səbəbdən xüsusilə 65 yaşdan yuxarı olanların və tibb işçilərinə dərhal üçüncü və ya əlavə dəstəkləyici dozaya ehtiyac var”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41