Cümə axşamı, 02 May

İrəvanın KTMT arzusu ürəyində qalacaq - Korotçenko

image

Ermənistan KTMT-yə sədrliyi zamanı ondan Azərbaycana təzyiq aləti kimi istifadə etməyə, bu siyasəti fəal surətdə həyata keçirməyə çalışacaq.

Xəbər verilir ki, bu sözləri tanınmış rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Biz Ermənistanın yeni təyin olunmuş müdafiə nazirinin qeyri-konstruktiv bəyanatından görürük ki, guya KTMT-nin iş mexanizmləri mükəmməllikdən uzaqdır. KTMT təşkilatın standartlarına, rəhbər sənədlərinə uyğun fəaliyyət göstərir. İşlər dəqiq, ardıcıllıqla aparılır.

Odur ki, Ermənistanın Müdafiə Nazirliyi tərəfindən KTMT-nin ünvanına səsləndirilən tənqidlər bütün real əsasdan məhrumdur və yalnız Ermənistanın bu təşkilatdan öz maraqları üçün istifadə etmək istəyi və emosiyalarına əsaslanır. Amma bunu Ermənistan həyata keçirə bilməyəcək.

Ermənistanın KTMT kartlarını öz maraqları naminə oynamağa çalışması baş tutmayacaq. Çünki Azərbaycanla münasibətləri normallaşdırmaq üçün İrəvana KTMT yox, sağlam düşüncə və siyasi iradə, məsuliyyət lazımdır. İstənilən sərhəd məsələsi qarşılıqlı istək və əhval-ruhiyyə ilə çox tez həll olunur. Ermənistanın isə belə əhval-ruhiyyəsi yoxdur. İrəvan sərhədlərin delimitasiyası və demarkasiyasını keçirmək, regionda nəqliyyat dəhlizi layihəsini reallaşdırmaq, Azərbaycanla sülh müqaviləsini imzalamaq istəmir.

Mən əminəm ki, KTMT-də təşkilatdan siyasi motivli işləri görməyə qoymayacaq səmərəli, savadlı və məsuliyyətli rəhbərlər var. KTMT-də həyata keçirilən qərarlar konsensus əsasında qəbul edilir. Bundan başqa, təşkilatın nizamnaməsində KTMT-nin hərbi reaksiya mexanizmlərinin hansı halda və hansı şəraitdə istifadə edəcəyi dəqiq ifadə olunub. Sadəcə, Ermənistan bu sənədləri diqqətlə oxumalıdır”, - deyə rusiyalı ekspert qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15