Bazar, 19 May

357 kənd su altında qaldı: 400-ə yaxın insan öldü

image

Ötən həftə yağan yağışlar nəticəsində Hindistanın şimalında yerləşən Uttar-Pradeşı ştatının 21 dairəsində azı 357 kənd su altında qalıb.

Xəbər verilir ki, Qanq və Yamun çaylarında su səviyyəsi təhükəli həddə yüksəlib.

Məlumata görə, daha çox Xamipur və Calaun bölgələrinin kəndlərinə ziyan dəyib.

Bölgədə yaşayan əhalinin təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib. 

Qeyd edək ki, son 3 həftədə Hindistanda yağan leysan yağışları və daşqınlar nəticəsində 400-ə yaxın insan ölüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41