ABŞ bombardmançıları Əfqanıstana göndərir
ABŞ bombardmançıları Əfqanıstana göndərir
ABŞ Talibanla mübarizə aparmaq üçün “B-52 Stratofortress” bombardmançı təyyarələrini Əfqanıstana göndərib.
Xəbər verilir ki, bu barədə “Tayms” ABŞ Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarələr Qətərdəki Əl-Udeyd bazasından qalxıblar. Bombardmançıların sayı məlum deyil.
Təyyarələr Qəndahar, Herat, Ləşkərgah və Hilmənd əyalətlərində Taliban qüvvələrinə zərbələr endirəcək. Bununla yanaşı AC-130 təyyarələri də bombardmançılara dəstək verəcək.
Azadsoz.com