Şənbə, 04 May

Tokio-2020: Rafael Ağayevdən ikinci qələbə

image

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Xəbər verilir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.

O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.

A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15