Cümə axşamı, 25 Aprel

Axtarış

RafaelAğayev” üzrə 11 nəticə tapıldı

10.02.2022 - 18:41

Rafael Ağayevə yeni vəzifə və rütbə verilib

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. Xəbər verilir ki, 37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib. Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin


29.01.2022 - 12:29

Rafael Ağayev "Karate Combat"da ikinci qələbəsini qazandı

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat”da ikinci döyüşünü keçirib. Xəbər verilir ki, titullu idmançı Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşıb. Görüş Ağayevin qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşü


11.01.2022 - 13:32

Rafael Ağayev dörd ildən sonra “Karate Combat”a qayıdır: İlk döyüşün tarixi bilindi

Azərbaycanlı idmançı Rafael Ağayev yenidən peşəkar karate yarışı sayılan “Karate Combat” turnirində çıxış edəcək. Bu barədə karate üzrə beşqat dünya çempionunun özü məlumat verib. “Artıq təşkilatla müqavilə bağlamışam. Yanvarın 28-də Macarıstanın paytaxtı Budapeştdə döyüşüm olacaq. Ancaq müqavilə şərtlərinə əsasən, rəqibin adını çəkə bilmərəm”. Xatırladaq ki, Rafael Ağayev ilk dəfə bu turnirdə 2018-ci ildə çıxış edib. O həmin


20.12.2021 - 16:55

“Anam yolpulumuz üçün qızıllarını satdı” - Rafael Ağayev + Video

Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev ARB TV-nin “Onun sirri” verilişinin qonağı olub. Xəbər verilir ki, “qara brilyant” ləqəbli karateçi anasının yolpulu üçün qızıllarını satdığını etiraf edib: “Rusiyada keçirilən yarışa getməyə yolpulumuz yox idi, anam qızıllarını satdı. Yolpulumuzu düzəldib atamla yola düşdük. Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama


07.10.2021 - 10:52

Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək - FOTO

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Verilən məlumata görə, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb. Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləş


06.08.2021 - 19:23

Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. Xəbər verilir ki, olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.


06.08.2021 - 16:37

Tokio-2020: Rafael Ağayevdən ikinci qələbə

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Xəbər verilir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib. O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxı


06.08.2021 - 15:18

Tokio Olimpiadası: Rafael Ağayev ikinci görüşündə də qələbə qazandı

Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb. Xəbər verilir ki, 75 kq çəki dərəcəsində yarışan Rafael ikinci görüşündə Çuneari Yahiroya (Avstraliya) 5:0 hesabı ilə qalib gəlib. Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Verilən məlumata görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-ü


04.08.2021 - 21:33

Tokio-2020: Rafael Ağayevin rəqibləri bəlli oldu

Azərbaycan karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub. Xəbər verilir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) ilə qarşılaşacaq. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. Qeyd edək ki, Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.


20.05.2021 - 15:23

Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı - Foto

Azərbaycanın üç karateçisi Xorvatiyanın Poreç şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib. Xəbər verilir ki, Monteneqro, Bosniya və Herseqovina, Albaniya və İtaliyadan olan rəqiblərinə qalib gələn P.Abdullayev (-84 kq) finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq. Finaladək Kipr, Fransa, Avstriya, Danimarkadan olan rəqiblərinə qalib gələn İrina Zaretskayanın (-68 kq) isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.


10.04.2021 - 17:45

Rafael Ağayevə ağır itki

Karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. Xəbər verilir ki, onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33