Əfqanıstan hökumətinin media departamentinin rəhbəri öldürülüb
Əfqanıstan hökumətinin media departamentinin rəhbəri öldürülüb
Əfqanıstan hökumətinin media və informasiya departamentinin rəhbəri Dava Xan Menapal öldürülüb.
Verilən xəbərə görə, dövlət rəsmisi bu gün paytaxt Kabilin qərbində Darul Aman yolunda naməlum şəxslərin hücumu nəticəsində həyatını itirib.
D.X. Menapal media və informasiya departamentinin rəhbəri postundan əvvəl 2016-2020-ci illərdə Əfqanıstan Prezidentinin mətbuat katibinin müavini vəzifəsində çalışıb.
Azadsoz.com