Bazar, 19 May

Paşinyandan İran prezidentinə hörmətsizlik - FOTO

image

Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfəri zamanı ölkə başçısına yaraşmayan davranışı ilə diqqət çəkib. O, inaqurasiya mərasimində arxa partada oturan tərbiyəsiz şagird kimi, telefonunda qurdalanıb.

Xəbər verilir ki, baş nazirin İran prezidentinə hörmətsiz yanaşması Ermənistanın özündə də etiraz doğurub. Respublika partiyasının sədr müavini ​ Armen Aşotyan Paşinyanın hərəkətini nəzərdə tutaraq deyib ki, "Bu axmaq diplomatiyanın, mədəniyyətin, nəcibliyin, məsuliyyətin nə olduğunu anlamadı. Xüsusilə də Şərqdə bu cür açıq təhqir və kobudluq unudulmur və bağışlanmır".

Qeyd edək ki, Paşinyanın bu davranışı sosial şəbəkələrin erməni seqmentində də narazılıq doğurub. Ermənilər baş nazirin qeyri-ciddi imic formalaşdırmaqda davam etdiyini yazırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41