Şənbə, 18 May

Tokio-2020: Türkiyə ilk qızıl medalını qazanıb

image

Qardaş Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Məlumatına görə, bu uğura kamandan oxatan Mete Qazoz imza atıb.

22 yaşlı idmançı kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gəlib. Bu, Türkiyə tarixinə kamandan oxatmada ilk Olimpiya medalı kimi düşüb.

Tarixi nailiyyətə qədər qonşularımız 6 idman növündə medal qazanıb. Bunlar güləş, ağırlıqqaldırma, cüdo, taekvondo, boks və atletikadır. Lakin son iki növdə qızıl olmayıb.

Qeyd edək ki, bunadək Türkiyə yığması Yaponiya paytaxtında iki bürünc əldə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41