Cümə, 17 May

Ölkə təşviş içində, peyvəndə uzun növbə... - Yeni dalğa başladı

image

COVID-19-un dördüncü dalğası ilə mübarizə aparan Pakistanda peyvənd növbələri yaranıb.

Xəbər verilir ki, Karaçi şəhərində koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşlar yüzlərlə metrlik peyvənd növbəsi yaradıblar.

Vətəndaşlar peyvənd mərkəzinin qarşısında saatlarla gözləyirlər. Karaçidəki virusa yoluxma hallarının artması səbəbilə şəhərdə xəstəxanalarda yer yoxdur və süni nəfəs aparatlarına tələbat artıb. Pakistan Tibb Birliyinin Baş katibi Qeysər Səccəd Karaçi şəhərində 15 günlük karantin rejiminin tətbiq olunmasını təklif edib.

Qeyd edək ki, ötən 24 saat ərzində Pakistanda 4 198 yoluxma faktı qeydə alınıb, 76 nəfər dünyasını dəyişib. Bu günə qədər ölkədə 1 milyon 20 min 324 nəfər virusa yoluxub.

Statistikaya görə, COVID-19 analizi götürənlərin 7,5 faizində nəticələr pozitiv olaraq qeydə alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41