Bazar ertəsi, 29 Aprel

Hesablama Palatası Ramin Bayramlının fəaliyyətini yoxlayır - Rəsmi

image

Hesablama Palatasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB)  yoxlamalara başladığına dair məlumatlar yayılıb.

Xəbər verilir ki, Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Əlavə məlumat verilməyib.

Qeyd edək ki, TƏBİB Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2 dekabr 2019-cu ildə imzaladığı əmrlə Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilib.

Məlumatda bildirilir ki, Hesablama Palatasının yoxlamaları R.Bayramlının vəzifədə olduğu dövrü əhatə edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42