Cümə axşamı, 02 May

Peskov ortaq türk ordusundan danışdı

image

Xəbər verilir ki, «Kreml Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının bölgədəki sabitlik hesabına olmayacağını ümid edir».

Xəbər verilir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dilə gətirib.

Kremlin belə bir layihəyə necə baxdığını və bunun Rusiyanı və müttəfiqlərini potensial olaraq təhdid edə biləcəyini düşünüb-düşünmədikləri ilə bağlı jurnalistlərin sualına Peskov belə cavab verib: “Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli əlaqələri inkişaf etdirir. Həm də bu suveren bir məsələdir. Bunun bölgədəki sabitlik və proqnozlaşdırıla bilən atmosferə zərər verməməsi vacibdir. Bu baxımdan, həm türk, həm də azərbaycanlı tərəfdaşlarımızla müntəzəm təmaslarımız var". 

Mətbuat katibinin sözlərinə görə, Kreml Türkiyə Prezidenti və ya Azərbaycan Prezidentindən bununla bağlı hansısa açıqlamasından xəbərsizdir.

Xatırladaq ki, Türkiyə parlamentinin rəhbəri Mustafa Şentop Türkiyə ilə Azərbaycanın ortaq türk ordusu yaratmaq üçün danışıqlar apardığını bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15