Cümə, 26 Aprel

Elton Məmmədov oğluna yeni "Hummer" alıb

image

Aftafa.tv-nin əldə etdiyi məlumatla görə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov öz oğlu Aynar Məmmədova yeni OO seriyalı “Hummer” markalı maşın alıb. Elton Məmmədov AMEA-da işlər idarəsinin müdiridir və Ramiz Mehdiyevin sağ əlidir.

Sürücülük bacarıqları heç də qənaətbəxş olmayan Aynar Məmmədovun yeni avtomobili ilə hansı “yaxşı” əməllərə imza atacağı isə sual altındadır.

Qeyd edək ki, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bir müddət əvvəl inzibati məsuliyyətə cəlb edilib. Onun sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb. Görünən odur ki, Aynar Məmmədov bu dəfə yeni “Hummer” markalı maşını ilə yenidən Bakı şəhərinin yollarına qayıdıb.

İçki düşkünü olması ilə də tanınan Aynar Məmmədovu bu cür maşın almaqdakı əsl məqsədi isə qaranlıq olaraq qalır. Görəsən adı dəfələrlə avtomobil qəzaları ilə gündəmə gələn Aynar Məmmədov bu dəfə kimi əzməyi planlaşdırır? 

http://aftafa.tv/M0/1/2021/03/images/20210309_224430_1615315470_02b6705ab1.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33