Bazar, 19 May

İsrail prezidenti Ərdoğana əməkdaşlıq təklif etdi - Türk diplomatdan cavab

image

“Ötən günlərdə Ərdoğan və bölgədəki digər liderlərlə danışdım. Əminəm ki, bir masa ətrafında qəhvə içərək bölgəmizi mədəni və digər mövzular istiqamətində əməkdaşlıq etməklə yaxşı gələcəyə apara bilərik”.

Bunu İsrail Prezidenti İsaak Herzoq deyib.

İsrail lideri əməkdaşlıq mesajını Şərqi Qüdsdəki İslam Sənətləri Mərkəzində “Qəhvə: Şərq və Qərb” adlı sərgidə iştirakı zamanı verib.

İsrail prezidentinin Ərdoğan başda olmaqla bölgə ölkələrini əməkdaşlığa dəvət etməsinə dair fikirlərini Türkiyənin Təl-Əvivdəki səfirliyinin mədəniyyət müşaviri Səlim Öztürk sosial şəbəkələrdə paylaşıb.

Səlim Öztürk İsaak Herzoqun rəsmi Tvitter səhifəsində paylaşdığı fikirlərə reaksiya verərək ona təşəkkür edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41